• İQTİSADİYYAT

    13:09 23 may 2019

Zərərli vərdişlərin ən bahalı olduğu şəhərlərin reytinqi açıqlanıb - TOP-10

"Deutsche Bank"ın mütəxəssisləri dünya üzrə zərərli vərdişlərin ən bahalı olduğu şəhərlərin reytinqini tərtib edib.

ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ekspertlər dünyanın müxtəlif şəhərlərində spirtli içkilərin və tütün məmulatının dəyərini təhlil ediblər. Onlar beş şüşə pivə və iki qutu siqaretin qiymətini əsas götürüblər. Ümumilikdə bankın mütəxəssisləri 54 şəhəri təhlil ediblər.

Zərərli vərdişlərin ən bahalı olduğu şəhərlərin reytinqi:

#

Şəhər

5 şüşə pivə və 2 qutu siqaretin qiyməti, ABŞ dolları

1

Melburn

77,8

2

Oslo

77,2

3

Sidney

76,4

4

Oklend

70,1

5

Dubay

68,6

6

Nyu-York

66,5

7

London

63,2

8

Vellinqton

62,2

9

Sinqapur

60,9

10

Dublin

60,1

ONA

Teqlər:

SON XƏBƏRLƏR