• İQTİSADİYYAT

    13:23 19 aprel 2019

“Premium Bank”ın mənfəəti azalıb

“Premium Bank” bu ilin birinci rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

ONA bankın hesabatına istinadən xəbər verir ki, “Premium Bank” ilin ilk rübünü 3,1 mln. manat məbləğində mənfəətlə başa vurub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 74,2% azdır.

Bu ilin yanvar-mart aylarında bankın cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 32,7% artaraq 654,123 mln. manat, öhdəlikləri 42,2% artaraq 516,815 mln. manat, məcmu kapitalı isə 6,7% artaraq 133,145 mln. manat təşkil edib.

Hesabat dövründə “Premium Bank”ın faiz gəlirləri 47% artaraq 10,948 mln. manat, faiz xərcləri 40% artaraq 4,653 mln. manat, qeyri-faiz gəlirləri 41,6% artaraq 6,426 mln. manat, qeyri-faiz xərcləri isə 99,8% azalaraq 13 min manat olub.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR