• İQTİSADİYYAT

    15:46 28 mart 2019

Prezident: “Azərbaycanda sığorta sahəsində boşluqlar var”

Adətən, inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə, burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük”.

ONA-nın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar keçirilən müşavirədə söyləyib.

Dövlət başçısı deyib ki, bu yaxınlarda Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində minlərlə evə ziyan dəyib və heç bir ev sığortalanmayıb: “Təbii ki, dövlət öz dəstəyini göstərir və göstərməlidir. Artıq evlərin tikintisi başlamışdır və bu ayın əvvəlində birinci evlərin vətəndaşlara təqdimetmə mərasimi keçirilmişdir. Bütövlükdə, sahibkarlara məsləhət görülür ki, onlar öz əmlakını sığortalatsınlar. Belə olan halda tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə, onların əmlakı batmayacaq”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR