• İQTİSADİYYAT

    11:19 21 may 2019

Prezident sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı qanuna dəyişiklik təklif edib

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” mövcud qanuna dəyişiklik edilir.

ONA-nın məlumatına görə, qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Ölkə prezidentinin təqdimatı ilə parlamentə daxil olan qanun layihəsi yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutur.

Hazırda qüvvədə olan qanuna əsasən, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilin yanvarın 1-dək dayandırılıb. Lakin insanların həyat həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədilə adıçəkilən qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR