• İQTİSADİYYAT

    08:45 20 may 2019

Prezidentin Ehtiyat Fondunun 2018-ci ildə xərcləri proqnozlaşdırılandan 1 faiz az olub

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun xərcləri proqnozlaşdırılandan 1 faiz az olub.

ONA-nın məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində əksini tapıb.

Keçən ilin dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun proqnozlaşdırılan xərcləri 304 milyon manat olsa da, icra olunan xərclər 2 milyon 946,2 min manat az, 301 milyon 53,8 min manat olub. Bununla belə, bu, 2017-ci illə müqayisədə 103 milyon 553,6 milyon manat, yəni 52,4 faiz çoxdur. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun 2017-ci ildə xərcləri 197 milyon 500,2 min manat olub.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR