İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi problemli kreditlərin həllinə həsr olunan “Video icmal”ı təqdim edib.
Mərkəzdən ONA-ya verilən məlumata əsasən, Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə Fərman imzalayıb.
Fərmana əsasən, kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla), habelə Əmanətlərin Sığortalanması Fondunun ləğvedici kimi təyin edildiyi ləğvetmə prosesində olan banklarla fiziki şəxslər arasında bağlanmış müqaviləyə əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək.
Mərkəzin “Video icmal”ında Fərmanın əsas məqamları vizual olaraq izah olunub. “Video icmal”la iqtisadiislahat.org saytındakı İcmallar bölümündən həmçinin qeyd olunan link vasitəsi ilə tanış olmaq olar: https://www.youtube.com/watch?v=Mn3cDbIMt4E