• İQTİSADİYYAT

    11:57 2 aprel 2019

Azərbaycanda neft hasilatı 2% azalacaq - PROQNOZ

Təsdiq olunmuş yanacaq-enerji balansına əsasən, 2019-cu ildə Azərbaycanda 37 989,8 min ton neft hasil ediləcəyi proqnozlaşdırılır. Bu barədə ONA-nın sorğusuna cavab olaraq Azərbaycan Energetika Nazirliyindən bildirilib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, 2018-ci ildə ölkədə 38 758,0 min ton neft istehsal edilib, bu da 2017-ci ilin göstəricisi ilə bərabərdir.

Naziklikdən verilən məlumata əsasən, bu il "Azəri-Çıraq-Günəşli" neft-qaz blokunda təmir üçün iki platformanın işinin dayandırılması nəzərdə tutulur: "Təmir işləri ilə əlaqədar neft hasilatının aşağı olacağı gözlənilir".

"Lakin bu planlaşdırılmış təmir işləri olduğuna görə 2019-cu il üçün təsdiq olunmuş yanacaq-enerji balansının 37 989,8 min ton neft hasilatının proqnoz göstəricilərinə təsir etmir", - deyə nazirlikdən qeyd ediblər.

Emil

Teqlər:

SON XƏBƏRLƏR