“Bakı Telefon Rabitəsi” MMC pulsuz "Wi-Fi" xidmətini “Sevirəm” park kompleksində istifadəyə verib. Bu barədə ONA-ya şirkətdən bildirilib. Sözügedən park Bakının Yusif Səfərov küçəsində yerləşir.
Qeyd edək ki, simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər 2017-ci ilin mart ayından “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə Dənizkənarı Milli park, Dövlət Bayrağı Meydanı, Heydər Əliyev Mərkəzinin parkı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, “Sahil” bağı, “Sabir” bağı, “Xəqani” bağı, “Axundov” bağı, “Zabitlər” parkı, "Qış" parkı, “Hüseyn Cavid” bağı, “Səməd Vurğun” bağı, “Muğan” bağı, “Fashion Avenue”, “Dədə Qorqud”, “İzmir” parkı və “Nərimanov” parkları daxildir.