“Qala Həyat” sığorta şirkəti 2018-ci ili 1 688,6 min manat xalis mənfəətlə başa vurub. ONA-nın şirkətin maliyyə hesabatına istinadən verdiyi mlumata görə, əvvəlki illə müqayisədə şirkətin xalis mənfəəti 31% artıb.
Hesabat ilində şirkətin əsas əməliyyat gəlirləri 15 894,5 min manat, investisiya gəlirləri 1 521,8 min manat, sair gəlirlər isə 30 768 manat olub.
“Qala Həyat”ın ötən il üzrə yekun gəlirləri 23,232 mln. manat olub ki, bu da 2017-ci illə müqayisədə 22,4% azdır. Bundan başqa, şirkətin xərcləri də 24%-dən çox azalaraq 21,159 mln. manat təşkil edib. Hesabat ilində şirkətin cəmi öhdəlikləri 14%-dən çox azalaraq 17,027 mln. manata düşüb.