• İQTİSADİYYAT

    17:52 4 aprel 2019

"Qala Sığorta" ötən ili mənfəətlə başa vurub

“Qala Sığorta” şirkəti 2018-ci ili 1,133 mln. manat məbləğində xalis mənfəətlə başa vurub, halbuki 2017-ci ildə şirkət 618,9 min manat zərər etmişdi.

Şirkətdən ONA-ya verilən məlumata görə, 2017-ci illə müqayisdədə ötən il şirkətin aktivləri 35% artaraq 20,413 mln. manat, öhdəlikləri isə 54,2% artaraq 12,008 mln. manat olub. Hesabat ilində "Qala Sığorta"nın xərcləri 2017-ci illə müqayisdə 99,3% artaraq 21,265 mln. manat, xərcləri isə 78,9% artaraq 19,945 mln. manat təşkil edib.

Bundan başqa, şirkətin sığorta haqları 34% artaraq 16,557 mln. manata, sığorta ödənişləri isə 78,37 % artaraq 1,997 mln. manata çatdırılıb.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR