• İQTİSADİYYAT

    12:46 15 aprel 2019

Qazaxıstan neft hasilatını artırıb

Qazaxıstan 2019-cu ilin birinci rübündə 19,83 mln. ton neft hasil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% çoxdur. Bu barədə ONA Qazaxıstan Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, cari ilin yanvar-mart aylarında Qazaxıstanda 3,8 mln. ton qaz kondensatı hasil edilib, bu da 2018-ci ilin ilk üç ayı ilə müqayisədə 4,7% azdır.

Hesabat dövründə qaz hasilatı isə ötən ilin yanvar-mart ayları ilə müqayisədə 4% artaraq 14,64 mlrd. kubmetrə çatıb.

Emil

Teqlər:

SON XƏBƏRLƏR