"Kazmortransflot" (Qazaxstan) Milli Dəniz Gəmiçiliyi şirkəti “Satti” üzən qazma qurğusunun Azərbaycana çatdırılması üçün hazırlıq işlərini aparır.
ONA Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, "Kazmortransflot" direktoru Marat Ormanov bildirib ki, qurğu iyun ayının 1-ə Azərbaycana çatdırılacaq.
Qeyd edək ki, SOCAR və KazMunayQaz Milli Şirkəti arasında 26 yanvar 2019-cu il şəhərində imzalanmış “Qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində, "Caspian Drilling Company LTD" MMC (CDC) şirkətinin baş direktoru Farid Axundov və «KMG Drilling & Services» şirkətinin baş direktoru Andar Şukputov tərəfindən 16 fevral 2019-cu il tarixdə Astana şəhərində “Sətti” özüqalxan üzən qazma quğusunun etibarlı idarəetməyə verilməsinə dair müqavilə imzalanıb.
Müqavilə qazma quğusunun təkmilləşdirilməsi və sonradan Xəzər dənizində qazma əməliyyatlarında istismarı məqsədi daşıyır. Qazma quğusunun BP və SOCAR-ın birgə istismar etdiyi Abşeron (SWAP) strukturunda, eləcə də Xəzər dənizi akvatoriyasında digər layihələrdə əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur.
Qazma qurğusunun təkmilləşdirilməsi 6 min metrdən çox dərinliyi olan kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılmasına imkan verəcək, o cümlədən qurğunun Xəzər dənizində qazma xidmətləri sahəsində rəqabət qabilliyətliyini artıracaq. “Sətti” ÖÜQQ-nin təkmilləşdiriməsi qazma qurğularının təkmilləşdirilməsi və tikintisi üzrə böyük təcrübəyə malik "Caspian Drilling Company LTD." şirkəti tərəfindən Bakıda aparılacaq. Təkmilləşdirilmə işləri yekunlaşdıqdan sonra CDC qurğu üzərində əməliyyat rəhbərliyini həyata keçirəcək.