• İQTİSADİYYAT

    09:45 17 aprel 2019

Qazaxıstanın ilk fider gəmisi Bakıya yola salınıb

Aktau dəniz limanından Qazaxıstanın ilk “Türkistan” fider gəmisi (kiçik həcmli yük gəmisi) Transxəzər marşrutu üzrə Bakı limanına yola düşüb.

ONA-nın Qazaxtan mətbuatına istinadən verdiyi məlumata görə, fider daşımalarında tutumu iyirmi futluq 225 konteyner olan gəmilərdən istifadə olunur ki, bu da iki tam yüklü konteyner qatarının bir gəmiyə yüklənməsini təmin edir.

“Transxəzər marşrutu Qazaxıstanın tranzit dəhlizləri sistemini tamamlayır. Türkiyə, Gürcüstan və Azərbaycandan Çinə doğru yükdaşımalarını daha cəlbedici və rəqabət qabiliyyətli etmək üçün əlverişli tarif müəyyən etmişik”, - deyə Qazaxıstan Dəmir Yollarının rəhbəri Sauat Mınbayev bildirib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR