Qazaxıstanın yeni yaradılmış lou-kost aviaşirkəti “FlyArystan” gələn il Azərbaycan və Gürcüstan da daxil olmaqla region ölkələrinə səfərlər planlaşdırır.
ONA-nın Gürcüstan bürosu “İnterPresNyus”-a istinadən xəbər verir ki, bu barədə şirkətin idarə heyətinin sədri Peter Foster açıqlama verib.
“Biz artıq Gürcüstan, Ukrayna, Azərbaycan, Özbəkistan kimi strateji tərəfdaş olduğumuz ölkələrə uçuşlar barədə də düşünürük. Bu ölkələrdən yeni tərəfdaşlar və payçılar tapmağa çalışırıq. Uçuşlar sadəcə iri beynəlxalq hava limanlarına deyil, eləcə də kiçik hava limanlarına da təşkil ediləcək”,- deyə Peter Foster bildirib.
Qeyd olunub ki, şirkətin müştərilərinə təqdim etdiyi qiymətlər həmin istiqamətlərdə mövcud olan tariflərdən iki dəfə ucuz olacaq.
“Müştərilərimiz xidməti və bundan asılı olaraq uçuş qiymətini özləri müəyyənləşdirəcək. Məsələn sərnişinin yük daşıyıb-daşımaması, yemək və ya içki istifadə etməsi, biletləri nə qədər öncədən sifariş etməsi kimi amillər qiymətlərə təsir edəcək” – deyə Piter Foster bildirib.