• İQTİSADİYYAT

    11:17 23 mart 2019

“Qazprom” Ukrayna üçün qazın qiymətini azalda bilər

Rusyanın “Qazprom” şirkəti Ukrayna ilə qaz nəqli konsorsiumu ideyasına qayıtmağa hazırdı. ONA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə şirkətin rəhbəri Aleksey Miller bildirib.

A. Millerin sözlərinə görə, "Qazprom" Ukraynanın qaz nəqli sisteminə qoşulması ilə bağlı mövqeyini köklü şəkildə dəyişməyə və bu sistemi idarə edəcək konsorsiuma tərəftaş olmağa hazırdı.

“Biz həmişə konsorsiumun təklifini dəstəkləmişik və daim bu layihənin tərəfdarı olmuşuq”, - deyə A. Miller bildirib.

Qeyd edək ki, son beş ildə şirkətin bununla bağlı mövqeyi tam əksinə olub.

A. Miller qeyd edib ki, Ukrayna tərəfindən danışıqlar aparmaq üçün hər hansı təklif olarsa, şirkət bu danışıqları aparıb, qaz nəqli konsorsiumunda iştirakçı olmağa hazırdı.

Bundan başqa, A. Millerin sözlərinə görə, "Qazprom" Ukrayna ilə mövcud tranzit müqaviləsinin müddətini də uzatmağa hazırdı və Ukrayna üçün qazın qiymətini 25% azalda bilər.

Emil

Teqlər:

SON XƏBƏRLƏR