• İQTİSADİYYAT

    15:22 2 may 2019

Azərbaycanda "qara rieltor"ların sayında ciddi azalmalar gözlənilir

Yaxın 5-10 il ərzində Azərbaycanda daşınmaz əmlakın qeyri-rəsmi alqı-satqısı ilə məşğul olan rieltorların sayında ciddi azalmalar gözlənilir. Bunu ONA-ya "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, hazırda ölkədə bu məsələyə sistemli yanaşma var və bu, Vergilər Nazirliyinin diqqət mərkəzindədir.

"Daşınmaz əmlak sahəsində qeyri-leqal fəaliyyət göstərənlərin sayı tədricən azalır. Onlar artıq başa düşürlər ki, daimi bazar payına malik olmaq üçün rəsmi ofisin və işçi personalın olması şərtdir. Onu da qeyd edim ki, əgər 2000-ci ilin əvvəllərində rəsmi alqı-satqı ilə məşğul olan rieltorların sayı cəmi 2-3 idisə, bu gün onların sayı təxminən 180-ə çatır. Əlbəttə, demək olar ki, artım var və bu sahədə rəsmi fəaliyyət göstərənlərin sayı getdikcə artır", - deyə Nüsrət İbrahimov bildirib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR