Qubada avtomobil yolunun tikintisi üçün 22 milyon manat ayrılıb - [color=red]Sərəncam[/color]
  • İQTİSADİYYAT

  • 12:41 01 Sentyabr 2020

Qubada avtomobil yolunun tikintisi üçün 22 milyon manat ayrılıb - Sərəncam

Prezident İlham Əliyev Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

ONA xəbər verir ki, sərəncama əsasən, altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 22,0 (iyirmi iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR