Kənd Təsərrüfatı Nazirliyinin Quba Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və İngiltərə şirkəti birgə müəssisə yaradacaq.
ONA-nın şimal bürosunun verdiyi məlumata görə, bu barədə qərar hər iki ölkənin nümayəndələrinin bu gün Qubada keçirilən görüşündə qərar qəbul olunub.
Quba Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov bildirib ki, yeni giləmeyvə sortlarının ölkəyə gətirilməsi və daha ucuz qiymətə fermerlərə çatdırılmasında əsas məqsəd ixrac yönümlü giləmeyvə məhsullarının istehsalıdır. Onun sözlərinə görə, müəssisə bir-iki ay müddətində yaradılacaq. İngiltərədən gətirən yeni sortların instutda çoxaldılması nəzərdə tutulub.
İ.Qurbanov 3 il öncə Quba Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun təcrübə stansiyasında İngiltərə və Ukraynadan olan mütəxəssislərin iştirakı ilə əkilən giləmeyvə sortlarından müsbət nəticələrin əldə olunduğunu vurğulayıb.
Layihəyə əsasən, giləmeyvə bitkilərinin becərilməsində maraqlı olan fermerlər üçün təcrübə toplamaq məqsədilə İngiltərəyə turlar da təşkil olunacaq.