Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” MMC Qubada Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş binanı rabitə xidmətləri ilə təmin edib.
Nazirlikdən ONA-ya verilən məlumata görə, şəhərin Molla Pənah Vaqif küçəsində yerləşən 4 mərtəbəli, 36 mənzilli binaya 1 300 metr məsafədə yerləşən elektron ATS-dən müxtəlif tipli kabellər çəkilməklə telefon və internet xidmətləri verilib.
Görülən işlər nəticəsində əvvəllər simsiz CDMA telefon rabitəsindən istifadə edən qazilər və şəhid ailələri hazırda REMUT tipli elektron ATS vasitəsilə telefon və internet xidmətlərindən faydalana biləcəklər.
Qeyd edək ki, elektron ATS-in mövcud tutumunun 288 nömrədən 336 nömrəyə çatdırılması nəzərdə tutulub.