• İQTİSADİYYAT

    13:45 1 aprel 2019

Quru yataqlar Azərbaycanda neft hasilatının həcmini artıra bilər

Azərbaycanda quruda yerləşən yataqların işlənilməsinin davam etdirilməsi ölkədə neft hasilatının artırılmasına imkan yarada bilər. Bu bərədə ONA-ya neft və qaz bazarında olan etibarlı mənbədən bildirilib.

Mənbənin sözlərinə görə, Azərbaycanın quru yataqlarında neft ehtiyatları, məsələn, "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz sahəsindəki kimi olan əhəmiyyətli həcmdə deyil, lakin onlar neft hasilatının artırılması üçün daha bir stabil mənbə ola bilər.

Qeyd etmək lazımdır ki, hazırda maye karbohidrogenlərin (neft və qaz) hasilatının böyük əksəriyyəti offşor sahələrinin, xüsusən AÇG bloku və "Şahdəniz" yatağının payına düşür.

Ölkə ərazisində quru sahələrinin inkişafının vacibliyinə bir nümunə BP-nin Cənub-Qərbi Qobustan quru yatağının işlənilməsi müqaviləsində 61% payın almasıdır.

"BP yalnız əmin olduğu layihələrdə işləyən bir şirkətdir. Bu, əlbəttə, AÇG kimi böyük bir sahə deyil, lakin xərclərin həcmi də tamamilə fərqlidir. Bu, işin diversifikasiyası tərəfindən maraqlı bir layihədir. Digər tərəfdən, quru yataqların hesabına neft hasilatının artırılması üçün gözəl bir seçimdir ki, bunlar iri həcmli dəniz layihələri kimi böyük miqdarda investisiya tələb etmir", - deyə mənbə bildirib.

Qeyd edək ki, BP sözügedən müqavilə çərçivəsində potensial perspektiv strukturu qiymətləndirmək məqsədilə axtarış-kəşfiyyat quyusu qazacaq. Quyunun qazılması 2019-cu ilin ikinci yarısına planlaşdırılır.

Emil

Teqlər:

SON XƏBƏRLƏR