• İQTİSADİYYAT

    10:16 31 may 2019

Rəşad Əzizov: "HDM çərçivəsində görülən işlər Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına dəstək olacaq"

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən, rəqəmsal iqtisadiyyatı və cəmiyyəti dəstəkləyən “EU4Digital” proqramı Aİ-nin Azərbaycandakı rəsmi nümayəndəliyi və Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakıda ilk tədbirini təşkil edib.

ONA-nın məlumatına görə, tədbirin məqsədi “EU4Digital” proqramını Aİ-nin rəqəmsal siyasi hədəflərini dəstəkləyən geniş fəaliyyət təşəbbüsü kimi təqdim etməkdi. Tədbirdə həmçinin Azərbaycanda rəqəmsal sahədə vəziyyət, əldə olunan nəticələr və gələcək fəaliyyətlər müzakirə olunub.

Tədbirdə nazir məsləhətçisi, Aİ-nin Azərbaycandakı Əməkdaşlıq şöbəsinin rəhbəri Simona Qatti və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov iştirak edir.

Tədbirə çıxış edərkən S. Qatti bildirib ki, Aİ “Şərq tərəfdaşlığı” ölkələri üçün nəzərdə tutulan və Aİ tərəfindən maliyyələşdirilən, ümumi büdcəsi 11 milyon avro olan regional təşəbbüs proqramını təqdim edirik.

"Ümid edirik, layihə təkcə dövlət qurumlarının işlərinin deyil, həmçinin sıravi vətəndaşların həyatlarının müsbətə doğru dəyişməsinə səbəb olacaq. Bu, sosial və iqtisadi inkişaf üçün böyük potensiala malik arenadır. Xüsusilə də, yeni iş yerlərinin yaradılması və artırılması üçün. "Rəqəmsal bazarların uyğunlaşdırılması" (HDM) onlayn xidmətlərin daha münasib qiymətə və daha geniş seçimlə göstərilməsinə səbəb olacaq. Bu isə öz növbəsində, investisiya axınına, ticarət və məşğulluq artımına zəmin yaradacaq”, - deyə S. Qatti qeyd edib.

Öz növbəsində R. Əzizov bildirib ki, Azərbaycan HDM təşəbbüsü çərçivəsində həyata keçirilən 6 istiqamətin hər birində iştirak edir. "Azərbaycan “İKT innovasiya və startap ekosistemi” istiqaməti və “e-gömrük” alt istiqaməti üzrə əlaqələndirici ölkədir. Hesab edirik ki, HDM çərçivəsində görülən işlər Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına dəstək olacaq", - deyə R. Əzizov qeyd edib.

O həmçinin bildirib ki, rəqəmsal iqtisadiyyatın inkişafı Azərbaycanın xüsusi diqqət ayırdığı məsələlərdən biridir: “Rəsmi Bakı bu istiqamətdə işləri yaxından izləyir. Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” qəbul olunan və rəqəmli iqtisadiyyatın formalaşdırılması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub və icra olunmaqdadır.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR