Azərbaycan və İran arasında bank sahəsində əməkdaşlığın genişləndirilməsi üçün razılıq əldə olunub.
ONA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın iqtisadi və maliyyə məsələləri naziri Fərhad Dejpəsəndlə İranda səfərdə olan iqtisadiyyat naziri Şahin Mustafayev arasında görüşdə müzakirə edilib.
İranlı nazir həmçinin Azərbaycan və İran bankların arasında maliyyə dövriyyəsini təmin etmək üçün ikitərəfli sazişlərin imzalanmasının vacibliyini vurğulayıb. Görüşdə İran tərəfi Rəşt – Astara dəmiryolu layihəsinin təkmilləşdirilməsi məqsədi ilə sazişlərin icrasına nəzarətlə bağlı işçi qrupun yaradılmasını təklif edib. Şahin Mustafayev Azərbaycan tərəfinin təklifi dəstəklədiyini bildirib.