Ötən il "Rəvan Sığorta" şirkətinin cəmi gəlirləri 1,569 mln. manat, cəmi xərcləri isə 1,342 mln. manat təşkil edib.
ONA-nın şirkətin dərc etdiyi maliyyə hesabatına istinadən verdiyi məlumata görə, 2017-ci illə müqayisədə "Rəvan Sığorta"nın gəlirləri 36,1%, xərcləri isə 2,4 dəfə azalıb.
Şirkətin 2018-ci ilin sonuna mənfəəti 227 min manat olub. Halbuki “Rəvan Sığorta” 2017-ci ili 1,041 mln. manat məbləğində zərərlə başa vurub.
Şirkətin ilin əvəlinə aktivləri 14,229 mln. manat təşkil edib ki, əvvəlki ilə nisbətən bu göstərici 6,2% azalıb.