• İQTİSADİYYAT

    17:28 24 may 2019

"Rosatom" Azərbaycan üçün nüvə fizikası və reaktoru sahəsində kadr hazırlayacaq

Rusiyanın “Rosatom” Dövlət Korporasiyası Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzi üçün nüvə fizikası və reaktoru sahəsində kadr hazırlayacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ONA-ya verilən məlumata görə, qeyd olunan mövzuya dair “Rosatom”la Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzi arasında danışıqlar aparılıb.

Görüş zamanı həmçinin nüvə-elmi tədqiqatlar işinin aparılması və gələcək perspektivlər müzakirə edilib.

Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzinin böyük nüvə reaktoru və digər avadanlıqların olmadığını nəzərə alaraq “Rosatom”un qurumları ilə bu istiqamətdə geniş işlər görüləcəyi qərara alınıb.

Bundan başqa milli nüvə, elmi tədqiqat obyektlərinin qurulması, iki şirkət arasında bu istiqamətdə qarşılıqlı memorandumun diplomatik qaydada imzalanması məsələsinə də toxunulub.

Növbəti mərhələdə “Rosatom” şirkətinin böyük nümayəndə heyətinin Azərbaycana gəlişi

və nüvə konfransının keçirilməsi planlaşdırılır. Azərbaycanlı mütəxəssislərin mütəmadi olaraq “Rosatom” şirkətinin keçirdiyi layihələrdə iştirakı və təcrübə mübadiləsi nəzərdə tutulub.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR