• İQTİSADİYYAT

    12:37 8 aprel 2019

Rövnəq Abdullayev: "Elektron portalın yaradılması Azərbaycanda sahibkarlığın inkişafına töhfəsini verəcək"

İdxalın əvəzlənməsi və yerli istehsalın dəstəklənməsi üçün elektron portalın yaradılması Azərbaycanda kiçik və orta sahibkarlığının inkişafına töhfəsini verəcək. Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev rəhbərlik etdiyi qurum və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında idxalın əvəzlənməsi və yerli istehsalın dəstəklənməsi üçün elektron portalın yaradılması haqda anlaşma memorandumun imzalanması mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yeni layihə şirkətlər üçün böyük perspektivlər açacaq: “Azərbaycan şirkətləri artıq iri layihələrdə iştirak edirlər. Əsas məsələ yerli şirkətləri iri və beynəlxalq layihələrə cəlb etmək idi ki, bu məqsəd artıq yerinə yetirilib. Azərbaycanda reallaşan iri enerji layihələrin reallaşması zamanı 90% işlərin yerinə yetirilməsi Azərbaycan şirkətlərinin üzərinə düşür. Yeni portalın yaradılması isə kiçik və orta sahibkarlar qarşısında böyük imkanlar yaradacaq və onların SOCAR-ın reallaşdırdığı layihələrdə iştirakını genişləndirəcək”.

Mərkəzin İcraçı direktoru Vüsal Qasımlının sözlərinə görə isə, yeni portal importun əvəzlənməsi və yerli istehsalın inkişafı məsələsində çox mühüm bir rol oynayacaq.

Emil

Teqlər:

SON XƏBƏRLƏR