• İQTİSADİYYAT

    11:45 19 mart 2019

Rusiyadan Azərbaycana heyvan mənşəli məhsulların idxalına məhdudiyyət qoyulub

Rusiya Federasiyasının bəzi ərazilərindən heyvan və heyvan mənşəli məhsulların Azərbaycana idxalına müvəqqəti məhdudiyyət qoyulub.

ONA Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Xəbərdarlıqda deyilir: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Zabaykal diyarının Krasnokamen rayonu ərazisində dabaq xəstəliyi qeydə alınıb. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi tərəfindən Rusiya Federasiyasının Zabaykal diyarının Krasnokamen rayonu ərazisindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb".

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Zabaykal diyarlarından birbaşa və ya qeyd edilən ərazilərdən tranzit olaraq keçməklə Azərbaycan ərazisinə gələn nəqliyyat vasitələrinin gömrük sərhəd-buraxılış məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR