Ötən il Rusiyadan Azərbaycana ixrac olunan məhsulların həcmi 12,5% artaraq 1,7 mlrd. ABŞ dolları təşkil edib. ONA-nın Rusiya İxrac Mərkəzinə istinadən verdiyi məlumata görə, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 13,8% artaraq 2,4 mlrd. dollara çatıb.
Məlumatda qeyd olunub ki, hazırda Azərbaycan bazarında 750-dən çox Rusiya şirkəti fəaliyyət göstərir, onlardan təxminən 300-ü 100%-lik Rusiya kapitalı ilə və 450-dən çoxu isə birgə müəssisə şəklində fəaliyyət göstərir.
Hesabat ilində Azərbaycandan Rusiyaya əsasən qida məhsulları və kənd təsərrüfatı xammalları ( 422,1 mln. dollar), maşın, avadanlıq və nəqliyyat vasitələri (381,6 mln. dollar), metallar və metal məhsulları (315,9 mln. dollar), ağac və sellüloz-kağız məhsulları (238,1 mln. dollar), və kimya sənayesi məhsulları (198 mln. dollar) ixrac olunub.
Eyni zamanda, Rusiya Azərbaycandan 526,1 mln. dollar dəyərində ərzaq məhsulları və kənd təsərrüfatı xammallarını, 103,6 mln. dollarlıq mineral məhsulları, 35,9 mln. dollarlıq toxuculuq məhsulları, ayaqqabılar və s. idxal edib.