• İQTİSADİYYAT

    08:09 27 fevral 2019

Rusiyalı nazir OPEK-ın martda Bakıda keçiriləcək görüşündən danışıb

Rusiyanın energetika naziri Aleksandr Novak Bakıda keçiriləcək “OPEK+” görüşünün nəticələrinin qeyri müəyyən ola biləcəyini düşünür.

ONA-nın xəbərinə görə, nazir bu haqda “Qazeta.ru” portalına müsahibəsində bildirib.

Aleksandr Novak “OPEK+” razılaşmasının daxilində gedən işin xırdalıqları haqda danışıb:
“Martın ikinci yarısında Bakıda monitorinq komitəsinin görüşü keçiriləcək. Onlar razılaşmanın (“OPEK+”) həyata keçirilməsinə nəzarət edirlər və nazirlərin görüşü üçün tövsiyələrini hazırlayırlar. Nazirlərin görüşündə isə artıq 25 ölkənin təmsilçisi iştirak edəcək. Biz yanvar və fevral aylarında işin gedişatı haqda texniki komitələrin hesabatlarını dinləyəcəyik, bazarın mövcud durumunu qiymətləndirəcəyik, birinci və ikinci yarımillikdə durumun inkişafını proqnozlaşdıracağıq, həmçinin təklif və tələbin balansını dəyərləndirəcəyik”.

Lakin nazir, bir sıra amillərin müəyyən olmadığına görə, Bakı görüşünün nəticələrinə dair proqnoz verməkdə çətinlik çəkdiyini vurğuladı:
“İndidən hansı qərarların qəbul olunacağı haqda danışmaq istəməzdim. Ayrı-ayrı dövlətlərin addımları adətən çətin proqnozlaşdırıla bilən amillərə öz təsirini göstərə bilər. Məsələn, İrana qarşı sanksiyalar, və yaxud Venesuelaya dair bəyanatlar”.

Aleksandr Novak hal hazırda neft qiymətlərinin həm istehsalçıların həmdə istehlakçıların maraqlarına uyğun olduğunu, neft bazarında vəziyyətin stabil qaldığını bildirib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR