• İQTİSADİYYAT

    15:19 4 aprel 2019

Rusiyalı nazir: "Rusiya-Azərbaycan işgüzar missiyasının növbəti görüşü iyulda Yekaterinburqda keçiriləcək"

Rusiya-Azərbaycan işgüzar missiyasının növbəti görüşü iyulun əvvəli Yekaterinburqda keçiriləcək "İnoprom" sənaye forumu çərçivəsində baş tutacaq. ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın sənaye və ticarət naziri Denis Manturov deyib.

Nazirin sözlərinə görə, forum çərçivəsində şirkətlərlə qurulan dialoq davam etdiriləcək.

"Bunadək isə biz gərək bu gün danışıqlar apardığımız layihələr üzrə işlərə başlamalıyıq. Biz isə öz növbəmizdə isə onlara lazımi dəstəyi verməyə hazır olmalıyıq ki, bu layihələr icra olunsun", - deyə nazir bildirib.

Nazir onu da qeyd edib ki, Rusiyanın bir neçə şirkəti Azərbaycanda müştərək şirkətlər yaratmaq niyyətindədir, hansılar ki, təkcə Azərbaycan bazarına deyil, digər bazarlara da çıxış imkanlarına malik olacaq.

"Bu, şirkətlərə logistik xərclərinin azaldılmasına imkan verəcək. Ən vacibi isə odur ki, Azərbaycanın strateji mövqeyi daha böyük imkanlar yaradacaq. Ona görə mən azərbaycanlı həmkarımla razılığa gəldik ki, bu və digər əməkdaşlığa dair məsələlərə növbəti görüş zamanı yenidən baxılsın", - deyə nazir bildirib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR