Bakıda keçiriləcək 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“WorldFood Azerbaijan”) çərçivəsində Rusiyanın işgüzar missiyası təşkil olunacaq.
Sərginin təşkilatçı şirkəti olan "Caspian Event Organisers"dən ONA-ya verilən məlumata görə, missiyanın gedişində bazarın monitorinqi və Rusiya məhsullarının Azərbaycana idxalı mövzusunda dəyirmi masa təşkil olunacaq, alıcı-topdan satış şirkətləri ilə görüşlər keçiriləcəkdir. İşgüzar missiyaya Rusiyanın qida məhsulları istehsalçıları və yerli sahibkarlar arasında keçirilən b2b formatlı görüşlər də daxildir. Onların arasında distributorlar, ticarət şəbəkələrinin nümayəndələri, habelə qida məhsulları bazarının və qonaqpərvərlik sahəsinin peşəkar iştirakçıları yer alır.
Qeyd edək ki, “WorldFood Azerbaijan” sərgisi 15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.