Aprelin 5-də Bakıda Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın portalının təqdimatı keçiriləcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən ONA-ya verilən məlumata görə, təqdimatda Mərkəzin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Vüsal Şıxəliyev, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, ədliyyə nazirinin müavini Azər Cəfərov, Beynəlxalq Maliyyə Korporasiyasının ölkə üzrə nümayəndəliyinin rəhbəri Aliyə Əzimova, vergilər nazirinin müavini İlkin Vəliyev, energetika nazirinin müavini Samir Vəliyev, Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov, Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Naveed Naqvi və digər rəsmilər iştirak edəcək.
Təbirdə dövlət satınalmaları sahəsində aparılan islahatlar, biznes islahatlarının aparılmasında özəl sektorla əməkdaşıq, “Yaşıl dəhliz” buraxılış sistemi”, tikinti üçün icazələrin alınması üzrə yeni elektron müraciət sistemi, iqtisadi islahatların aparılmasında Dünya Bankı ilə əməkdaşlıq və digər mövzular üzrə təqdimatlar keçiriləcək.