• İQTİSADİYYAT

    15:05 1 aprel 2019

Sabah Qusarda azot gübrələrinin güzəştli şərtlərlə satışı keçiriləcək

Qusarda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyindən ONA-ya verilən məlumata görə, fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Növbəti səyyar satışlar aprel ayının 2-də Qusar rayonunun İmamqulu kəndində, kənd inzibati ərazi nümayəndəliyinin binasında keçiriləcək. Bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.

Səyyar satış barədə ətraflı məlumat almaq üçün +994 50 337-89-74 (Elşad Əlmuradov, Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru) nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR