• İQTİSADİYYAT

    10:49 1 mart 2019

Sabirabadda 231 ailə birləşərək kooperativ yaradıb

Sabirabadda 231 ailə birləşərək toxum istehsalı kooperativi yaradıb.

Kənd Təsərrüfatı Nazirliyindən ONA-ya bildirilib ki, rayonun Axısxa kənd sakinləri pay torpaqlarını birləşdirərək kooperativ yaradıblar. Bu, Azərbaycanda ilk toxum istehsalı kooperatividir.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Axısxa kəndinin vətəndaşlarına ümumilikdə 1084 ha torpaq sahəsi verilib.

Yeni yaradılmış kooperativ ümumilikdə 709 nəfərdən ibarət 231 ailəni birləşdirir. Kooperativ üzvlərindən 346 nəfəri kişi, 363 nəfəri qadındır. Kooperativin sərəncamında ümumilikdə 730 hektar torpaq sahəsi var.

Qeyd edək ki, Azərbaycanda ilk kənd təsərrüfatı kooperativi ötən ilin noyabrında Sabirabad rayonunda yaradılıb. Rayonun Beşdəli və Yaxadəllək kəndində 680 torpaq mülkiyyətçisi birləşərək “Birlik” İstehsal Kooperativi yaradıb. Kooperativin ümumi sahəsi 850 hektardır.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR