• İQTİSADİYYAT

    15:58 13 may 2019

Bu ilin birinci rübündə "Şahdəniz"dən 4,3 mlrd. kubmetr qaz hasil edilib

Bu ilin birinci rübündə "Şahdəniz" üzrə fəaliyyətlərə 191 mln. ABŞ dolları əməliyyat xərcləri və 267 mln. dollardan artıq əsaslı xərclər çəkilib.

BP-dən ONA-ya verilən məlumata görə, əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz 2" layihəsinə aid olub.

Rüb ərzində yataqdan ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə, 4,3 mlrd. kubmetr qaz və təqribən 1 mln. ton (7,5 mln. barel) kondensat hasil edilib.

Ötən ilin iyul ayının sonunda "Şahdəniz Bravo" platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam edib. Mövcud "Şahdəniz" qurğularının gendəlik hasilat gücü hazırda 56 mln. (ildə təqribən 20 mlrd.) kubmetrdir.

2019-cu ilin birinci rübündə "Şahdəniz Alfa" platformasından quyu qazılmayıb. "İstiqlal" qazıma qurğusu şərq cinahda bir sualtı quyunu tamamlayıb, qərb cinahda isə hazırda tamamlama əməliyyatları həyata keçirilir. "Maersk Explorer" qurğusu bir quyunu tam dərinliyinədək qazdıqdan sonra sertifikasiyaya göndərilib. Bu iki qurğu "Şahdəniz 2" hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 16 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu və şərq-cənub cinahında da dörd quyu tamamlanıb.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR