“Şahdəniz” qaz-kondensat yatağının II fazası çərçivəsində qaz hasilatının sürətlənməsi 2020-ci ildə Azərbaycan ixracatını 1% artıracaq. ONA-nın Asiya İnkişaf Bankının (AİB) 2019-cu il üçün Asiya İnkişaf Proqnozuna istinadən verdiyi məlumata görə, qaz ixracatının artmasına baxmayaraq neft qiymətlərinin enməsi 2019-cu ildə Azərbaycan ixracatını 7,5% azaldacağı gözlənilir.
“Qaz ixracının artmasına baxmayaraq orta hesabla neft qiymətlərinin enməsi 2019-cu ildə Azərbaycanın ümumi ixracını 7,5% azaldacaq, "Şahdəniz" yatağında qaz hasilatının artırılması 2020-ci ildə ixracın 1% artmasına səbəb olacaq”, - deyə AİB-in hesabatında qeyd olunub.
Qeyd edək ki, AİB 2019-cu ildə Azərbaycan iqtisadiyyatının 2,5% artacağını, 2020-ci ildə isə "Şahdəniz 2" yatağında qaz hasilatının sürətlənməsi nəticəsində 2,7% səviyyəsində olacağını proqnozlaşdırır.