“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Yevlax rayonunda keçiriləcək “Ət və süd məhsullarının istehsalı sahəsində mövcud vəziyyət və inkişaf perspektivləri”nə dair sərgi-konfrans tədbirinin təşkili işinin satınalınması üzrə kotirovka sorğusu elan edir.
ONA-nın Fonda istinadən verdiyi məlumata görə, iddiaçılar kotirovka sorğusunun predmetinə dair hazırlanmış əsas şərtlər toplusunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan əldə edə bilərlər.
Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır və 31 may 2019-cu il saat 12:00-a qədər qəbul olunur.