• İQTİSADİYYAT

    13:25 13 mart 2019

Sahil Babayev: "Ölkədə əmək müqavilələrinin sayı 53 mindən çox artıb"

Yanvar ayının 1-dən etibarən elektron pensiya təminatına başlanılıb. 5 600-dan çox vətəndaşa elektron qaydada heç bir sənəd toplamadan , hər hansı bir bürokratik əngəllə ratslaşmadan məhz ad gününüdə pensiya təyinatı elektron formada təqdim olunub. ONA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

"Gündəliyimizdə duran məsələlərdən biri də mart ayında əlilliyə görə pensiya təminatının elektronlaşması və növbəti dövrlərdə elektron pensiya təminatının əhatə dairəsini genişləndirməkdir. Martın 5-nə olan məlumata görə, ölkədə əmək müqaviləlrinin sayı 53 mindən çox artıb və bunun 40 mini özəl sektorda olan əmək müqaviləsinin artımından irəli gəlir", - deyə Sahil Babayev bildirib.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR