• İQTİSADİYYAT

    11:05 12 mart 2019

Azərbaycan və Rusiya arasında ticarət əlaqələrinin inkişafı istiqamətində kompleksli tədbirlər keçirilir

Azərbaycan və Rusiya arasında gələcək ticarət əlaqələrinin inkişafı istiqamətində kompleksli tədbirlər həyata keçirilir. ONA-nın məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev “Azərbaycan investisiya layihələrinin icrası yolunda: “Qazprombank”ın imkanları” mövzusunda Bakıda keçirilən biznes-seminarın açılış mərasimində çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Rusiyanın “Qazprombank”ı iki ölkənin investisiya sahəsində böyük rol oynayır: “Həyata keçirilmiş xüsusi layihələr arasında “SOCAR Polymer” layihəsinin maliyyələşdirilməsi xüsusi diqqət çəkən məsələlərdəndir. Azərbaycan Dövlət Neft Şirkəti və “Qazprombank”ın əməkdaşlığı sayəsində 100 milyon dollarlıq “SOCAR Polymer” zavodu layihəsi reallaşdırılıb. Zavod artıq fəaliyyət göstərir və xarici ölkələrə məhsul ixrac edir. Həmçinin, 260 milyon dollarlıq kredit razılaşmasını da qeyd etmək istərdim. Bu məbləğ “Azərkimya” zavodunun modernləşdirilməsinə yönəldilib”.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR