Azərbaycan və ABŞ-ın iqtisadi əməkdaşlığına kölgə salan bir sıra məsələlər mövcuddur. ONA-nın xəbərinə görə, bunu Bakıda ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclasında çıxış edərkən Azərbaycanın Maliyyə naziri Samir Şərifov deyib.
“Azərbaycan tərəfi ümid edir ki, 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş və Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirən, birbaşa dövlət yardımlarını qadağan edən "Azadlığa dəstək aktı"na 907-ci düzəliş tamamilə ləğv olunacaq. Bu, ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verərdi. Ümidvarıq ki, ABŞ hökuməti həmin düzəlişin aradan qaldırılması istiqamətində müvafiq addımların atılmasını təmin edəcək”, - deyə nazir bildirib.