• İQTİSADİYYAT

    10:05 3 aprel 2019

“Samsung” Azərbaycanda bazar payını artırıb

Bu ilin əvvəlindən "Samsung" şirkətinin Azərbaycan mobil qurğuları bazarında olan payı 1,6 faiz bəndi artıb. ONA-nın "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, aprelin 1-nə şirkətin məhsulları ölkənin mobil cihazlar bazarındakı payı 56,9% olmaqla birinci yeri tutur. Lakin bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 4,1 faiz bəndi azdır.

Cari ilin əvvəlindən "Apple" şirkətinin daxili bazar üzrə məhsullarının payı 11,8 faiz bəndi azalıb. Bu göstərici aprel ayının 1-nə olan məlumata görə 12,6% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisəyə 1,2 faiz bəndi çoxdur. "Apple"ın məhsulları Azərbaycanın mobil cihazları bazarında ikinci yeri tutur.

3-cü yerdə bazar payı 11,3% olmaqla "Xiaomi" şirkətinin məhsulları qərarlaşıb. Bu şirkətin Azərbaycan üzrə bazar payı cari ilin əvvəlindən 5,4 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə təxminən 5 dəfə artıb.

Digər mobil cihaz istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü: naməlum (əsasən Çin mənşəlli) istehsalçıların mobil cihazları – 3,17%, "Huawei" – 3,01%, LG – 2,13%, "Lenovo" – 1,83%, "Nokia" – 1,7%, HTC – 1,33%, "Alcatel" – 0,99% və s.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR