• İQTİSADİYYAT

    11:50 30 may 2019

"Satti" üzən qazma qurğusu Azərbaycana iyunda çatdırılacaq

"Satti" qazıma qurğusu artıq Xəzər dənizinin Azərbaycan ərazisində BP və SOCAR üçün işləməyə hazırlaşır.

ONA-nın xəbərinə görə, bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında çıxış edən "KazMunayQaz"ın geologiya və kəşfiyyat üzrə İdarə Heyətinin sədr müavini Kurmanqazı İskaziyev deyib.

Onun sözlərinə görə, iyunun 10-da “Satti” üzən qazıma qurğusu Azərbaycanın Xəzər sektoruna daxil olacaq. Bakıya çatdırılandan sonra qurğuda modernizasiya işləri aparılacaq və ondan SOCAR və BP-nin işləri çərçivəsində istifadə ediləcək.

"Bu, ilk növbədə SOCAR və “KazMunayQaz” arasında olan əməkdaşlığın nümunəsidir. Bizim birgə gələcəyə baxışımız da mövcuddur. Hazırda imkanlarımız qiymətləndirilir", - deyə K. İskaziyev qeyd edib.

Qeyd edək ki, qazma qurğusunun təkmilləşdirilməsi 6 min metrdən çox dərinliyi olan kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılmasına imkan verəcək, o cümlədən qurğunun Xəzər dənizində qazma xidmətləri sahəsində rəqabət qabilliyətliyini artıracaq. Satti”nin təkmilləşdiriməsi qazma qurğularının təkmilləşdirilməsi və tikintisi üzrə böyük təcrübəyə malik "Caspian Drilling Company LTD." şirkəti tərəfindən Bakıda aparılacaq. Təkmilləşdirilmə işləri yekunlaşdıqdan sonra CDC qurğu üzərində əməliyyat rəhbərliyini həyata keçirəcək.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR