• İQTİSADİYYAT

    13:40 17 may 2019

Sədr: "Azərbaycanın bitkiçilik məhsullarının Avropa bazarlarına ixracı geniş vüsət alıb"

"Azərbaycan məhsullarının Avropa bazarlarına çıxması üçün mövcud olan standartlar, beynəlxalq standartlara uyğundur".

ONA xəbər verir ki, bunu 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında jurnalistlərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, hazırda Azərbaycanın bitkiçilik məhsulları Avropa bazarlarına ixracı geniş vüsət alıb: "Bu sahədə Azərbaycanın verdiyi fitosanitar və sağlamlıq sertifikatları beynəlxalq qurumlar tərəfindən tanınır. Məhsullarımız Avropa İttifaqı ölkələrinə asanlıqla ixrac olunur. Hər mövsümə uyğun qida təhlükəsizliyi ilə bağlı spesifik tədbirlər planı var".

Sədr bildirib ki, Dövlət Turizm Agentliyi ilə birlikdə yay mövsümü ilə bağlı qida təhlükəsizliyinə nəzarət tədbirləri çərçivəsində istirahət zonalarında tədbirlər planı həyata keçirilir: "Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun ekspertləri tərəfindən nəzarət tədbirləri görüləcək ki, istehlakçılarımız sağlam qida ilə təmin oluna bilsinlər".

Aytən

Teqlər:

SON XƏBƏRLƏR