"Azərbaycan gömrük orqanları üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir".
ONA-nın xəbərinə görə, bunu Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın (IDEC) açılış mərasimində Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.
O bildirib ki, DGK tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparılır.
S. Mehdiyev qeyd edib ki, 2018-ci ildə 24 narkoqrup aşkar edilib, 2 tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb: "Görülən tədbirlər nəticəsində 2019-cu ilin 3 ayında 16 narkoqrup barəsində istintaq tədbirləri aparılıb, 520 kq narkotik maddə dövriyyədən çıxarılıb".