"Ölkələrimiz arasında ticarət dövriyyəsi ötən il rekord məbləğə- 500 milyon dollara çatıb".
ONA-nın məlumatına görə, bu sözləri Belarusun Azərbaycandakı səfiri Qennadiy Axramoviç deyib.
O əlavə edib ki, Azərbaycan və Belarus arasında ticarət, iqtisadiyyat daxil olmaqla elm və mədəniyyət sahəsində də qarşılıqlı səmərəli əməkdaşlıq inkişaf edir: "Əlaqələrimiz artıq tamamilə fərqli mərhələyə qədəm qoyub. Azərbaycan və Belarus artıq üçüncü ölkələrin də iştirakı ilə layihələr həyata keçirir".