• İQTİSADİYYAT

    16:39 3 mart 2019

Səfir: "İranla Azərbaycan arasında ticarət dövriyyəsini 10 dəfə artırmaq mümkündür"

İrandan Azərbaycana ixracatın səviyyəsİ 2018-ci ildə 2017-ci illə müqayisədə 73 faiz artıb.

ONA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün İranın Ərdəbil vilayətində Biləsuvar gömrük-keçid məntəqəsinin ikinci mərhələsinin açılışı mərasimində İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib.

C. Cahangirzadə deyib Ki, bu vəziyyət davam etməlidir, çünki ixracat və İrana xarici valyutanın cəlb edilməsi üçün zəmin hazırlanıb: “İran və Azərbaycan arasında ticarət əlaqələri inkişaf etməlidir. İki ölkə arasında ticarət dövriyyəsini 10 dəfə artıraraq 5 milyard dollara çatdırmaq mümkündür. 2018-ci ildə İran və Azərbaycan sərhədində 4 gömrük keçid-məntəqəsi sutkalıq rejimdə fəaliyyət göstərib”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR