• İQTİSADİYYAT

    10:55 20 may 2019

Səfir: "Koreya problemli kreditlərin həlli istiqamətində əldə etdiyi nailiyyətləri Azərbaycanla bölüşməyə hazırdır"

Koreya problemli kreditlərin həlli istiqamətində əldə etdiyi nailiyyətləri Azərbaycanla bölüşməyə hazırdır. ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Koreyanın Azərbaycandakı səfiri Kim Tonq Op deyib.

Onun sözlərinə görə, bu, həmçinin ölkələr arasında dostluq əlaqələrinin inkişafına kömək edəcək.

"1997-ci ilin noyabrın əvvəlindən dekabrın axırlarınadək Koreyada olan iqtisadi problemlər səbəblərindən biz Beynəlxalq Valyuta Fondundan çoxlu sayda kredit cəlb etmişdik. Həmçinin, bildiyiniz kimi, Koreya çox güclü dövlətlərlə əhatə olunub. Biz həm də sürətli inkişafa nail olan bir ölkəyik. Sürətli inkişafa nail olduğumuz zaman bizdə də bu problemli kreditlər meydana gəldi və Koreya xüsusi şəkildə bu problemləri aradan qaldıraraq inkişafa nail oldu", - deyə səfir qeyd edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR