• İQTİSADİYYAT

    15:07 30 may 2019

Şəkidə alternativ su mənbəyinin yaradılması məqsədlə subartezian quyuları qazılacaq

Əhalinin fasiləsiz və Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə “Azərsu” ASC tərəfindən son 10 ildə icra olunmuş layihələr çərçivəsində Bakı şəhəri və regionlarda ümumi məhsuldarlığı saniyədə 18,5 kubmetr olan 39 yeni su mənbəyi yaradılıb və bu sahədə işlər davam etdirilir.

ONA-nın məlumatına görə, bunu “Azərbaycanın su təhlükəsizliyi: görülmüş işlər, mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilmiş dəyirmi masada çıxış edən “Azərsu” ASC-nin Su mənbələrinin, emal qurğularının idarə olunması və ekologiya şöbəsinin rəisi Erkin Rüstəmov bildirib.

İqlim dəyişmələrinin su mənbələrinin məhsuldarlığına təsiri barədə danışan E. Rüstəmov qeyd edib ki, son illər bəzi şəhərləri içməli su ilə təmin edən mənbələrdən götürülən suyun həcmində azalma müşahidə olunur: “Bu isə yay aylarında həmin şəhərlərin dayanıqlı içməli su təminatında çətinliklər yaradır. Ötən il Tovuz, Lerik, Gədəbəy, Şamaxı şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra olunub. Eyni zamanda əhaliyə verilən suyun keyfiyyətinin standartlar çərçivəsində saxlanılması məqsədilə Ağstafa və Qobustanda yeni təmizləyici qurğular istismara verilib. Bunlarla yanaşı, Şəki şəhəri üçün də alternativ mənbənin yaradılmasına başlanılıb və bu məqsədlə subartezian quyuları qazılacaq”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR