Dövlət Gömrük Komitəsi Şəkidə jurnalistlərə "Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusunda təlim keçir.
ONA xəbər verir ki, 13-15 mart tarixlərini ərzində keçiriləcək təlimdə aparıcı media qurumlarının 20-yə yaxın nümayəndəsi iştirak edir.
Təlimi Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər baş idarəsinin rəisi, xidmət genaral-mayor Mirqasım Vahabov və Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi Sərnişin Dəhlizlərinin İdarə olunması şöbəsinin rəisi Vasif Qurbanov aparır.