Şəkidə yol inşaat işləri zamanı qaz xətti zədələnib, bir neçə kənd qazsız qalıb
  • İQTİSADİYYAT

  • 12:00 16 Avqust 2019

Şəkidə yol inşaat işləri zamanı qaz xətti zədələnib, bir neçə kənd qazsız qalıb

Bu gün səhər saatlarında 2 rayonda bir neçə yerdə qaz təchizatının dayandırılmasına zərurət yaranıb.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən ONA-ya verilən məlumata görə, orta təzyiqli qaz xəttinin yol inşaat işləri zamanı zədələnməsi ilə əlaqədar olaraq saat 09:00-dan Şəki rayonunun Kiçik Dəhnə, Böyük Dəhnə, Dərə Cənnət, Suçma kəndlərində məhdudiyyətlər tətbiq edilib.

Oğuz rayonunda isə orta təzyiqli qaz xəttinin yeraltı yol keçidində qaz sızması aşkarlanıb. Ona görə də rayonun Bayan, Bucaq, Calut, Muxas kəndlərində məhdudiyyətlər olacaq.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR