• İQTİSADİYYAT

    12:45 4 aprel 2019

Səməd Qurbanov: “Azərbaycan və Rusiya müştərək layihələrin icrasında maraqlıdır”

Azərbaycan və Rusiya qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində və müştərək layihələrin icrasında maraqlıdırlar. ONA-nın xəbərinə görə, bunu Rusiya sənaye müəssisələrinin Azərbaycanda işgüzar missiyası çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov deyib.

Onun sözlərinə görə, təşkil olunan missiyanın tərkibi buna əyani sübutdur.

"Tədbir çərçivəsində keçiriləcək sessiyalar neft, maşınqayırma, kənd təsərrüfatı və rəqəmsal texnologiyaları əhatə edir. Hər 3 istiqamət ölkəmiz üçün aktualdır və müştərək olaraq inkişaf etdirilməsində böyük potensiala malikdir. Ən perspektivli məsələlərdən biri Azərbaycanda müştərək istehsal sahələrinin yaradılmasıdır. İstehsal olunan məhsullar həm daxili bazarın tələbatını, həm də digər ölkələrə ixracını nəzərdə tutur", - deyə S. Qurbanov qeyd edib.

İşgüzar şuranın sədri onu da vurğulayıb ki, Azərbaycan və Rusiya arasında mövcud olan əməkdaşlığın genişləndirilməsində İşgüzar Şuranın böyük rolu var: "Hazırda Azərbaycan-Rusiya İşgüzar Şurasında 120 nümayəndə var və onlar iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərir. Onların sırasında həm iri dövlət müəssisə və şirkətləri, həm də kiçik və orta biznesin nümayəndələri var. Şuranın əsas fəaliyyət istiqaməti bu işgüzar dairələr arasında əlaqələri yaratmaqdan ibarətdir”.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR